2014-cü ildə sığorta haqlarının 66,3 faizi (284,7 milyon manatı) könüllü sığortanın payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasından Teleqraf.com-a verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz (13,7 milyon manat) çoxdur.
İcbarı sığorta növlərində yığımlar isə 144,5 milyon manat və ya bazarın 33,7 faizini təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 7,3 faiz və ya 9,8 milyon manat artıb. Ümumi ödənişlərin 73 faizi (114,7 milyon manatı) könüllü sığorta növlərinin payına düşüb.
Könüllü sığortalar üzrə ödənişlər 35,1 faiz və ya 29,8 milyon manat artıb. İcbarı sığorta növləri üzrə ödənişlər isə 11,9 faiz və ya 4,5 milyon manat artaraq 42,5 milyon manata çatıb. Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 40,3 manat ödəniş həyata keçirilib.
2013-cü ildə isə bu göstərici 31,3 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə 28,2 manatdan 29,4 manata qalxıb.