Rusiya hökumətinin başçısı Mixail Mişustin bu il martın 1-dən altı ay müddətinə benzin ixracına qadağa qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə “RBC” agentliyi mənbələrə istinadən xəbər verir.
Müvəqqəti ixrac qadağası Avrasiya İqtisadi İttifaqı (Aİİ) dövlətlərinə, həmçinin Monqolustan, Özbəkistan, qondarma Abxaziya və Cənubi Osetiyaya benzin tədarükünün razılaşdırılmış həcmlərinə təsir etməyəcək.
Bundan əlavə, agentliyin həmsöhbətlərinin sözlərinə görə, birjada dizel satışı standartının 16%-ə çatdırılması barədə də qərar qəbul edilib.
Benzinin ixracına müvəqqəti qadağa tətbiq edilməsinin və birjada neft məhsullarının ticarəti üçün standartların artırılmasının təşəbbüskarı Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak olub. Novakın fikrincə, daxili bazarda qiymətləri sabitləşdirməyə və ölkədə neft məhsullarına tələbat axınını neytrallaşdırmağa kömək edəcək tədbirlər görmək lazımdır.