29 Sentyabr 22:16
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bitcoin ABŞ-dan gələn məşğulluq məlumatları və Çindən gələn təşviqedici addımlarla kritik həddi - 65 000 dolları keçib.

Teleqraf.com fed.az-a istinadla xəbər verir ki, son günlər bitcoin, ABŞ-ın müsbət məşğulluq məlumatları və Çinin əlavə stimullaşdırıcı tədbirləri haqqında hesabatlar əsasında yüksəlib.

Ötən həftənin sonunda ABŞ və Çinin iqtisadi stimullaşdırma vədləri ilə bağlı müsbət məşğulluq məlumatlarına görə 65 min dolları keçən bitkoin hazırda 66 min dollara yaxınlaşıb.

Paralel olaraq Ethereum da bahalaşır – son bir həftədə qiyməti 3,5% bahalaşaraq 2664 dolları keçib.

Kriptovalyuta bazarının ümumi dəyəri 2,25 trilyon dollar olduğu halda, Bitcoin-in bazar dəyəri 1,30 trilyon dollara, Ethereum-un bazar dəyəri isə 320 milyard dollara çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər