28 Dekabr 17:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti ildə proqnozlaşdırılan subsidiyalar 8 funksional sahəni əhatə edib. Kənd təsərrüfatına yönəldiləcək subsidiyaların cəmi subsidiyalarda payı əvvəlki illə müqayisədə azalsa da, bu istiqamətdə ayrımalar yenə də ən yüksək paya - 44,4% malik olacaq.

Teleqraf.com dövlət büdcəsi ilə bağlı Hesablama Palatasının hesabatın istinadən xəbər verir ki, növbəti ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484,5 mln. manat subsidiya proqnozlaşdırılıb.

Bu da 2024-cü ilin proqnozundan 41,6 mln. manat və ya 9,4% çoxdur.

Palatanın rəyində qeyd edilir ki, dövlət büdcəsindən maliyyələşdirilən subsidiyaların 2020-ci ildən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilməsi şəffaflığın artırılmasında mühüm addım olsa da, subsidiyaların nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil. Belə ki, 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9,4% artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0,1 faiz bəndi olması gözlənilir. Bu sahəyə davamlı olaraq subsidiyalar verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artıb. Subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12,2% azalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər