28 Dekabr 10:37
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ildә Mərkəzi Bank faiz dәhlizinin parametrlәri ilə bağlı 8 iclas keçirəcək.

Teleqraf.com xəbər verir ki, tənzimləyici qurumun faiz dəhlizinin parametrləri ilə bağlı ilk iclası yanvarın 22-də olacaq.

Növbəti iclaslar 12 mart , 23 aprel, 11 iyun, 23 iyul, 10 sentyabr, 22 oktyabr, 10 dekabr tarixlərində baş tutacaq.

Qeyd olunan tarixlәrdәn 22 yanvar, 23 aprel, 23 iyul vә 22 oktyabr tarixlәrindә qәrarın açıqlanması mәtbuat konfransı ilә müşayiәt olunacaq. Qәrarlar elan olunduqdan sonrakı iş günündә qüvvәyә minәcәk.

2024-cü ildә pul siyasәtinә dair qәrarlar faktiki vә proqnozlaşdırılan inflyasiyanın hәdәflә müqayisәsi vә risk balansında baş verәn dәyişikliklәr nәzәrә alınmaqla verilib.

Dövr әrzindә faiz dәhlizi parametrlәri öncәdәn nәzәrdә tutulmuş qrafik üzrә 8 dәfә müzakirә edilib. Mәrkәzi Bankın İdarә Heyәtinin pul siyasәtinә hәsr edilmiş ilk 3 iclasında uçot dәrәcәsinin 8%-dәn 7.25%-ә, faiz dәhlizinin yuxarı hәddinin 9%-dәn 8.25%-ә, dәhlizin aşağı hәddinin isә 6.5%-dәn 6.25%-ә endirilmәsi ilә bağlı qәrarlar qәbul edilib. Son 5 iclasda isә faiz dәhlizinin parametrlәri dәyişmәz saxlanılıb. Edilәn dәyişikliklәr mәrkәzi uçot dәrәcәsi olan simmetrik dәhlizin formalaşmasına gәtirib çıxarıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər