Növbəti ildə “Bakı Metropoliteni”, “Təmiz Şəhər”ə dövlət büdcəsindən ayrılan subsidiyalar azaldılıb, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılan subsidiya məbləği isə artırılıb.
Teleqraf.com xəbər verir ki, 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən “Təmiz Şəhər” ASC-yə 29 milyon manat subsidiya ayrılacaq. Bu, 2024-cü illə müqayisədə 27,5 % azdır.
Növbəti ildə dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC-yə 27,7 milyon manat subsidiya ayrılacaq.Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 44,7 % azdır.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 5 milyon 944 min manat subsidiya nəzərdə tutulub. 2024-cü ildə bu istiqamətdə dövlət ayırmaları 5 milyon manat təşkil edib.
Növbəti ildə hüquqi şəxslərə ayrılan digər subsidiyalar cəmi subsidiyalarda ən yüksək paya -62% paya malik olacaq.
Ümumilikdə 2025-ci ildə dövlət büdcəsindən subsidiyalar üzrə 46 istiqamətdə 1 milyard 321,2 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da 2024-cü ilin proqnozundan 273,5 milyon manat və ya 26,1% çoxdur.