09:37
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı 2025-ci ildə də tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olacağını gözləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə AMB-nin 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.

Bəyanatda qeyd edilir ki, baza ssenari üzrə proqnozlara görə (neftin qiyməti 1 barelə görə 79,2 ABŞ dolları, qazın qiyməti min kub metrə görə 340 ABŞ dolları), 2025-ci ildə cari əməliyyatlar hesabının profisiti 5,5 milyard ABŞ dolları səviyyəsində olmaqla ÜDM-in 7,2%-i səviyyəsində gözlənilir.

“Bu dövrdə də geosiyasi vəziyyət, əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft-qaz sektoru üzrə ixrac potensialı Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaq”, - deyə bəyanatad deyilir.

Mərkəzi Bank 2025-ci ildə Azərbaycan iqtisadiyyatının real sektorunda artımın davam edəcəyi proqnozlaşdırır. Mərkəzi Bankın 2024-cü ilin oktyabr proqnozlarına görə, 2025-ci ildə real iqtisadi artım tempinin 3,3%, o cümlədən qeyri-neft sektoru üzrə 5,1% olacağı gözlənilir: “Hökumətin, beynəlxalq maliyyə kredit təşkilatlarının və aparıcı reytinq agentliklərinin də Azərbaycandakı iqtisadi artımın perspektivləri ilə bağlı gözləntiləri nikbindir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər