Mərkəzi Bank “Merkuri BOKT”, "BOKT AZPUL" və “Nova Credit BOKT” MMC-lərin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, “Merkuri Bank olmayan kredit təşkilatı”nın vəzifəli şəxsi 1 500 manat cərimə edilib.
Eyni maddə üzrə bank olmayan kredit təşkilatı AZPUL MMC-nin vəzifəli şəxsi 4 500, “Nova Credit Bank olmayan kredit təşkilatı” MMC-nin vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə ediliblər.