2 Mart 2015 04:29
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Expressbank” 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə kredit aksiyası keçirir. Aksiyanın şərtlərinə görə, nağd pul krediti götürmək istəyən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunacaqlar.

Üstəlik xanım müştərilərə SmileCard taksit kartı hədiyyə ediləcək. Aksiya martın 8-dək davam edəcək.Bankdan Teleqraf.com-a bildiriblər ki, Expressbank manatla kredit verməyi dayandırmayıb. Müştərilər bankın filiallarına müraciət etməklə, manatla kredit rəsmiləşdirə bilərlər.

Kreditin məbləği 10 min manatadək, maksimal müddəti isə 36 ay ola bilər.Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.


Müəllif: