5 Mart 2015 08:09
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə günlük artımdan sonra dünya bazarında neftin qiyməti yenidən düşməyə başlayıb.

Teleqraf.com istinadən xəbər verir ki, Brent markalı neftin bir barreli 61 dollardan da aşağı satılıb. Neftin qiyməti 0,56% aşağı düşərək 60,68 dollarda qərarlaşıb.

WTI markalı neftin qiymətində isə bahalaşma var. Belə ki, WTI-nin bir barrelinin qiyməti 0,2% artaraq 50,62 dollar olub.

Qeyd edək ki, fevralın sonu-martın əvvəlindən neftin qiymətində artım müşahidə olunurdu. Fevralın son günü Brent markalı neftin qiyməti hətta 63 dollara (62,77) yaxınlaşmışdı.

Səudiyyə Ərəbistanı neft naziri Əli ən-Nəimi isə açıqlamasında neft istehsalını azaltmaq haqqında düşünmədiklərini bəyan edib. O, alıcıların neftə olan ehtiyacı olduqca istehsalda heç bir dəyişiklik olmayacağını bildirib.


Müəllif:

Oxşar xəbərlər