30 Mart 2015 15:17
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin bu həftə üçün qiyməti ilə bağlı ziddiyyətli proqnozlar səsləndirilir. Qiymətlərin həm aşağı düşməsi, həm də artması ilə bağlı kifayət qədər arqumentlər gətirmək mümkündür. Yaxın Şərqdə baş verənlər, İranla münasibətlərin qurulması, eləcə də ABŞ-da şist enerjisinin istehsalındakı dəyişikliklər müxtəlif yanaşmaların ortaya çıxmasına səbəb olub.

Siyasi ekspert Natiq Cəfərli hesab edir ki, dünya neft bazarı bu həftə 2 önəmli hadisəyə köklənib: 1) Sabah İsveçrədə Qərb – İran danışıqlarında ilkin çərçivə saziş imzalana bilər, 2) Hər həftə olduğu kimi ABŞ-da həftəlik neft ehtiyatlarının həcmi açıqlanacaq.

Ekspertə görə, hər iki hadisə neft bazarına ciddi təsir göstərəcək: "İran həm ehtiyatlarınn həcminə, həm də tez zamanda dünya bazarına əlavə neft çıxartmaq qabiliyyətinə görə çox önəmli ölkədir. İran üzərindən sanksiyalar götürülsə, bu ölkə hər gün bazara əlavə 1,5 mln. barel neft çıxarda bilər ki, bu da onsuzda təklifin bol olduğu bazarda qiymətləri daha da aşağı çəkəcək. Əslində İsrailin dəstəyi ilə Ərəb koalisiyasının Yəmənə saldırısı dolayısı ilə Qərb – İran anlaşmasına qarşı atılmış addımdır, hər iki tərəf bu anlaşmanın əlehinədir.
ABŞ-da istehsalın, hər həftə ehtiyatların artması isə bazara aylardır ki, təzyiq edir, qiymətləri aşağı çəkir. OPEK ölkələri hasilatı azaltmamaqla ABŞ-da “slans” neftinin istehsalını rentabelsiz etmək istəyirdilər. Hər 5-ci gün ABŞ-da Baker Hughes şirkəti işlək buruqlar haqqında məlumat verir, son 16 həftədir ki, buruqların sayı azalır, OPEK və Rusiya da bundan ürəklənib, deyirdilər ki, qiymət düşdükcə ABŞ-da “slans” yataqlarının rentabelliyi azalacaq, hasilat düşəcək, qiymətlər yenidən qalxacaq. Amma, buruqların sayı azalsa da, hasilat düşmür, səbəbi “çürük alma” prinsipidir: ABŞ şirkətləri çox çevikdirlər, son 16 həftədə bağlanan buruqlar, əsasən, 2009-2011-ci illərdə istifadəyə verilmiş köhnə texnologiya lə çalışan buruqlardır, yeni texnologiya ilə quraşdırılan buruqlarda isə əksinə, hasilat artır, maya dəyəri düşür, "çürük almalar" bazardan çıxır, şirkətlər birləşir, xərclərini azaldır, rentabelliyi aşağı olan buruqları başlayır. Yəni, ABŞ şirkətlərinə qarşı qurulmuş bu oyun da tutmadı, hasilat ABŞ-da durmadan artır.Bir sözlə, bu həftə İranla anlaşma olsa və ABŞ-da ehtiyatlar yenə həftəlik 7-10 mln. barel arası artsa, neftin qiymətləri 10-15% aşağı düşəcək, WTI və Brent arasındakı spred (qiymət fərqi) azalacaq".

Ayxan


Müəllif:

Oxşar xəbərlər