4 May 2015 21:30
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlıq komitəsinin Yaponiya tərəfdən həmsədri, "Itochu" korporasiyasının məsləhətçisi Yoiçi Kobayaşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, qonaqları səmimi salamlayan R.Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli neft-qaz layihələri üzrə qazanılmış nailiyyətlərdən söz açıb, bu nailiyyətlərin qazanılmasında digər tərəfdaşlarla bir sırada Yaponiyanın "Itochu" korporasiyasının da rolunu qeyd edib. O, "Itochu"nun Azərbaycanın neft-qaz layihələrinə maraq göstərən ilk beynəlxalq şirkətlərdən olduğunu diqqətə çatdırıb.

Vaxt tapıb onlarla görüşdüyünə görə SOCAR prezidentinə təşəkkürünü bildirən Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlıq komitəsinin həmsədri, "Itochu" korporasiyasının məsləhətçisi Y.Kobayaşi Bakıya hər səfərindən məmnun qaldığını qeyd edib, "Itochu" korporasiyasının Azərbaycanla artıq 20 ildən çoxdur ki, sıx əməkdaşlıq etdiyini və həm neft, həm də qeyri-neft sektorunda müxtəlif layihələrdə tərəfdaş olduğunu xatırladaraq, iki şirkətin birlikdə həyata keçirdikləri beynəlxalq layihələr arasında "Azəri-Çıraq-Günəşli" və Bakı-Tbilisi-Ceyhan layihələrinin önəmini vurğulayıb. O, "Itochu" və digər Yaponiya şirkətlərinin bundan sonra da müxtəlif layihələrdə SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Yaponiya şirkətlərinin Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətindən razılıqla söz açan SOCAR prezidenti ölkədə, o cümlədən neft-qaz sənayesində qazanılan uğurları yüksək qiymətləndirdiyinə görə Y.Kobayaşiyə təşəkkür edib, birgə layihələrin icrasının bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib. O, Türkiyədə “STAR” neft emalı zavodunun inşasında Yaponiya şirkətləri ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. R.Abdullayev Yaponiya şirkətləri ilə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli perspektiv imkanların mövcud olduğunu söyləyib.

Görüşdə iştriak edən Yaponiya şirkətlərinin xahişi ilə SOCAR-ın liderliyi ilə həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi, bu dəhlizin tərkib hissələri olan TANAP və TAP qaz kəmərləri üzrə işlərin gedişi haqqında məlumat verilib.


Müəllif:

Oxşar xəbərlər