2015-ci ilin yanvar-aprel aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 166 milyon manat sığorta haqqı toplanıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından Teleqraf.com-a verilən məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 11,1 faiz çoxdur.
Dörd ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər 58,1 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 35 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-aprel aylarında 29,6 manat olub.