20 May 2015 12:21
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

İpoteka Fonduna (AİF) müvəkkil banklar ötən doqquz il ərzində 16,710 min manatlıq ipoteka krediti veriblər.

Publika.az fonda istinadən xəbər verir ki, 2006-cı ildən etibarən ipoteka kreditləşməsinin həcmi 672 mln. 15,88 min manat təşkil edib.

Qeyd edək ki, hazırda iki növ üzrə ipoteka kreditləşməsi həyata keçirilir- adi və sosial. Adi ipoteka kreditləri şərtlərinə əsasən, kreditlər manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. 3 ildən 25 ilədək müddətə təqdim olunur. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.


Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.


Müəllif:

Oxşar xəbərlər