Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması məsələsində Avropa İttifaqının dəstəyinə ümid edir.
Bbunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Bakıda keçirilən XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransında deyib.
Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanın təşəbbüsüdür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəldilib: "Bu səbəbdən biz Aİ-dən layihənin reallaşdırılması ilə bağlı bütün məsələlər üzrə dəstək, konkret fəaliyyət və qarşılıq gözləyirik".