9 İyun 2015 19:59
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün İrana səfəri çərçivəsində Şərqi Azərbaycan əyalətinin başçısı İsmayıl Cabbarzadə ilə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulanıb və münasibətlərin güclənməsi ilə əməkdaşlığın daha da inkişaf edəcəyi qeyd olunub.

Görüşdə V.Talıbov tərəflərin hazırda əkinçilik və kənd təsərrüfatı sahəsində əməkdaşlıq etdiyini və Naxçıvan MR-in iranlı iş adamlarının investisiyasına zəmanət verməyə hazır olduğunu bildirib: "Azərbaycanın iş adamları İranda və Araz Azad Ticarət Zonasında investisiya yatırmaqda maraqlıdırlar. İqtisadi və ticarət əlaqələrinin genişlənməsi üçün çoxlu sahələr mövcuddur".

Şərqi Azərbaycan əyalətinin başçısı İ.Cabbarzadə öz növbəsində bidirib ki, İran hökuməti qonşu ölkələrlə bütün sahələrdə münasibətlərin genişlənməsində maraqlıdır və bu strategiyaya uyğun olaraq, Naxçıvan MR ilə əlaqələrin genişlənməsi üçün faydalı addımlar atılır.

İ.Cabbarzadə əlavə edib ki, Prezident Həsən Ruhani hökuməti Azərbaycan, o cümlədən Naxçıvan MR ilə əlaqələrin genişlənməsinin zəruriliyini həmişə vurğulayıb: "Biz bu münasibətlərin genişlənməsində sərhəd tanımırıq".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V.Talıbovun İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizə səfəri bu gün başlayıb.

Səfər çərçivəsində tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanacağı gözlənilir.


Müəllif: