23 İyun 2015 12:37
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ekenomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifovun “Tarixin güzgüsündəki alman cinayətləri” sərlövhəli məqaləsi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

“Ekonomiks” BİAB-dan verilən məlumata görə, bəzi xarici dairələrin ölkəmizə qarşı qərəzli münasibətinin davam etdiyini nəzərə alan təşkilat təmsilçiləri sözügedən məqalənin xarici dillərə tərcümə edərək müvafiq ünvanalara göndərilməsini qərarlaşdırıblar.

Xatırladaq ki, ölkənin aparıcı KİV orqanlarında yaymlanmış bu məqalədə bəzi ölkələrin və müxtəlif təşkilatların Azərbaycana qarşı tutuduğu ədalətsiz mövqe tənqid olunur və qərəzli davranşları doğuran səbəblərdən söz açılır. Məqalədə Azərbaycanda “insan haqlarının vəziyyəti”nə dair Almaniya Budestaqında qəbul olunmuş qətnamənin ortaya çıxmasını şərtləndirən amillər ardıcıllıqla göstərilməklə bu sənədin Azərbaycandakı real vəziyyətlə üst-üstə düşmədiyi konkret faktlarla ortaya qoyulub.

Məqalənin əsas xəttini isə ötən əsrin əvvəllərində Almaniyanın bəşəriyyətə bəxş etdiyi iki böyük müharibəyə dair tarixi reallıqlar təşkil edir. Müəllif qeyd edir ki, bu gün “insan haqları”, “demokratiya” adı altında Azərbaycana təzyiq göstərib öz maraqlarını təmin etməyə çalışan Amaniya ötən əsrin 30 ili ərzində dünyanı fəlakət burulğanında saxlayıb, milyonlarla günahsız insanın haqqı və hüququ onların özü ilə bərabər konslagerlərdəki sobalarda və qaz kameralarında yandırılıb. Məqalədə vurğulanır ki, tarixin qan yaddaşının möhkəmlənməsində misilsiz “əməyi” olmuş Almaniya təkcə İsrail xalqına deyil, bütövlükdə insanlığa qarşı soyqırım həyata keçirib və bu cinayəti butün acıları ilə yaşamış xalqlar arasında azərbaycanlılar da var.

BİAB-dan bildirilib ki, məqalənin xarici dilə tərcümə olunmuş forması, eləcə də vətəndaş cəmiyyətinin bir parçası olan “Ekonomiks” təşkilatının Azərbaycana qarşı atılan qərəzli və ədalətsiz addımlara etirazının yer aldığı məktub diplomatik nümayəndəliklərə, o cümlədən Almaniya kansleri Angela Merkelə, Bundestaqa və bu ölkənin Azərbaycandakı səfirliyinə göndərilib. Bu barədə açıqlama verən “Ekonomiks” BİAB-ın sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov qeyd edib ki, məqalənin Almaniyanın rəsmi dairələrinə və müxtəlif xarici təşkilatlara göndərilməsində məqsəd Azərbaycanın vətəndaş cəmiyyətinin mövqeyini növbəti dəfə sərgiləməkdir: “Biz vətəndaş cəmiyyətinin bir institutu olaraq Azərbaycana qaşı yürüdülən məkirli siyasətə etiraz edir və bunun hansı maraqlara söykəndiyini yaxşı bilirik. Son məqaləmizlə də göstərməyə çalışdıq ki, başqlarını heç bir əsas olmadan “insan haqlaqları”nı pozmaqda ittiha edənlər əslində bu tip pozuntuların ilk nümunələrini yaradanlar, bəşəriyyətə qarşı ağır cinayətlər törədənlərdir. Bu insanlar nəhayət anlamalıdırlar ki, biz dövlətin maraqlarını hansısa ölkənin istək və arzularının qurbanına çevirə bilmərik. Azərbaycanın vətəndaş cəmiyyəti həmişə olduğu kimi bu gün də dövlətçiliyə sadiqdir və ölkəmizə, onun müstəqilliyinə qarşı atılacaq istənilən addıma layiqli şəkildə cavab verə biləcək gücdədir. Bizim deməyə həmişə sözümüz var”.

F.Yusifov vurğulayıb ki, Almaniya kimi dünya siyasətini müəyyənləşdirən nəhənglərdən birinin ali qanunverici orqanı özünü, məsələn, “Human Rights Watch” səviyyəsinə endirib QHT kimi davranırsa, bu, Azərbaycan cəmiyyətində bütövlükdə Almaniya dövlətinə qarşı arzulanmaz münasibətin formalaşmasına zəmin yaradır.


Müəllif:

Oxşar xəbərlər