14 Avqust 2015 15:35
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hədəfimiz sosial-iqtisadi sahənin əsas informasiya resurslarından birinə çevrilməkdir”

Özünün informasiya siyasətinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi (BİAB) təşkilatın rəsmi internet saytını istifadəyə verib.

İctimai Birlikdən verilən məlumata görə, biab.az( www.biab.az ) adlanan sayt əsasən iqtisadi yönümlü xəbərlərə üstünlük verəcək, ölkənin sosial-iqtisadi həyatının müxtəlif tərəflərini əks etdirən materiallarla çıxış edəcək.

Kifayət qədər geniş tərtibat strukturuna malik saytda oxucular təşkilatın fəaliyyəti, strukturu, həyata keçirdiyi layihələr və tədbirlərlə yanaşı, ölkə və beynəlxalq miqyaslı iqtisadi proseslərə dair təhlillər və araşdırmalarla da tanış ola biləcəklər.

Saytda illər üzrə ölkənin makroiqtisadi göstəricilərindən tutmuş, iqtisadiyyatın əsas səhələri – sənaye, aqrar sektor, tikinti, neft hasilatı, energetika, xarici və daxili ticarət, rabitə, nəqliyyat, turizm, eləcə də investisiya layihələri, büdcə, sosial müdafiə və sosial təminat, bank, elm, təhsil, səhiyyə və digər sahələrə aid statistik rəqəmlər də öz əksini tapıb.

Biab.az saytında təşkilatın sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun müxəlif KİV orqanlarına verdiyi açıqlama və müsahibələr, eləcə də onun ayrı-ayrı məsələləri əhatə edən şərhləri də oxucuların diqqətinə təqdim olunacaq.

Məlumata görə, online rejimində fəaliyyət göstərəcək və gündəlik iqtisadi xəbərlər yayımlayacaq biab.az saytının əsas hədəfi sosial-iqtisadi sahənin əsas informasiya resurslarından birinə çevrilməkdir. Bu məqsədlə qarşıdakı mərhələdə biab.az-ın rus və ingilis dilli versiyası da izləyicilərin ixtiyarına veriləcək. Hazırda texniki məsələlərin həlli yönündə işlər davam etdirilir.

Yüksək səviyyəli mütəxəssisləri işə cəlb etməyi planlaşdıran BİAB-ın əsas məqsədlərindən biri də informasiya siyasətini yönləndirəcək böyük və peşəkar komanda formalaşdırmaqdır.

Qeyd edək ki, “Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi sosial şəbəklərdə də effektiv iş qurulması yönündə çalışmalar aparır. Hazırda təşkilatın Facebook səhifəsi (https://www.facebook.com/Ekonomiks.BIAB?fref=ts) fəaliyyət göstərir. Yaxın müddətdə BİAB-ın Twitter hesabı da aktivləşdiriləcək.


Müəllif:

Oxşar xəbərlər