Milli Məclisin Aqrar siyasəti komitəsinin bu gün keçirilən iclasında Torpaq məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsi müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, qanun layihəsi barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirb ki, sənəddə torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin əsasları müəyyən edilib.
Dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və yaxud müsabiqələri vasitəsilə əldə edilə bilər. Bununla da mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgənkiləşdirə bilməməsi məhdudiyyət aradan qalxmış olur.
Nemət