21 Sentyabr 2015 22:52
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 28-29 tarixlərində “Holiday Inn Baku” hotelində Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə komitəsinin toplantısı keçiriləcək.

Azərbaycan Sığortaçılar Assosiasiyasından Teleqraf.com-a verilən məlumata görə, toplantıda 20-yə yaxın ölkədən 40-dan çox beynəlxalq dərəcəli aktuar, həmçinin, yerli sığorta sistemində çalışan 50-dən çox aktuar iştirak edəcək.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığortaya Nəzarət Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun, eləcə də Beynəlxalq Aktuarlar Assosiasiyasının komitə rəhbərləri və qonşu ölkərin Aktuarlar Assosiasiyalarının yüksək struktur nümayəndələri iştirak edəcəklər.

İki gün davam edəcək toplantı çərçivəsində iştirakçılar üçün seminarlar da təşkil olunacaq. Seminarlarda ekspertlər tərəfindən iştirakçılara aktuar peşəkarlığı, tibbi sığortada maliyyələşdirilmə, dəyişən mühitdə strateji aktivlərin yerləşdirilməsi və idarə edilməsi, ödəmə qabiliyyəti, təqaüd sistemlərinin maliyyə sabitliyi mövzusunda seminarlar təşkil olunacaq. Bundan başqa, beynəlxalq təcrübədə Sığorta ehtiyyatlarının hesablanması və qeyri-həyat sığortasında yaradılan sığorta ehtiyatlarında təkrarsığortaçıların payı, Beynəlxalq Aktuarlar Assosiasiyasının prinsiplərinin yerli qanunvericiliyə implementasiyası mövzuları da müzakirə ediləcək.

Toplantı Beynəlxalq Aktuarlar Assosiasiyasının təşəbbüsü, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Aktuarlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər