27 Sentyabr 2015 21:52
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın "Zenith Energy LTD" şirkətinin Direktorlar Şurası Azərbaycanda regional ofisin açılması barədə qərar qəbul edib.

Bu barədə Kanadanın "Stockhouse" iqtisadi portalının məlumatında deyilir.

Qeyd olunur ki, ofis Bakıda, "Azure Business Plaza"-nın 17-ci mərtəbəsində yerləşəcək. Bu şırkətin 4-cü ofisi olacaq, qalan 3 ofis Kanadanın Kalqari, İtaliyanın Genuya və Argentinanın Buenos-Ayres şəhərində fəaliyyət göstərir.

"Biz dinamika ilə inkişaf edən, xarici investorlar üçün geniş imkanları olan Azərbaycana investisiya etməyi səbirsizliklə gözləyirik. Biz ölkənin qanunları ilə tanış olduq, bir sıra danışıqlar apardıq və qərara gəldik ki, burada əmək şərtləri, infrastruktura və biznes mühiti investorlar üçün çox əlverişli və cəlbedicidir", - deyə şirkətin prezidenti Andrea Kattaneo bildirib.


Müəllif:

Oxşar xəbərlər