Bu ilin yanvar-noyabr aylarında ölkə əhalisinin həyata keçirdiyi elektron ticarətin həcmi məlum olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, on bir ay ərzində elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 11,5 milyon manat təşkil edib.
Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,6 faizi hüquqi şəxslərdən, 8,4 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,2 faizi qeyri-ərzaq məhsullarının payına düşüb