24 Dekabr 2015 14:11
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Günəşli” yatağındakı 10 saylı özüldə baş verən qəza nəticəsində ekologiya üçün fövqəladə bir hadisə baş vermədi.

Teleqraf.com xəbər verir ki, bunu sözəri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Nazir bildirib ki, hadisə baş verən ərazidə ləkələr uzağı 2 kvadrat kilometr sahəni əhatə edir. Bu da normadan 3-4 dəfə çox kondensant qalıqları ilə çirklənmə deməkdir.

Hüseyn Bağırov bəzi Xəzəryanı ölkələrin hadisədən sonra suyun çirklənməsi ilə bağlı fikirlərinə də münasibət bildirib. O qeyd edib ki, Qazaxıstanda hələ də Sovet dönəmindən qalma quyular istismar olunur: "Bizdə də neft daşlarında belə quyular var, amma az saydadır. Normal sayılan neft quyularının axıntısı fəlakət zamanı baş verən axıntıdan çoxdur. Yəni, demək olmaz ki, hər şey əladır, amma müqayisəli yanaşmalıyıq. Xəzərin şimalı və şərqində fəlakət nəticəsində Azərbaycanı ittiham edən ölkələrin özləri belə quyulardan istifadə edirlər. İndi necə olur ki, 20-dən çox insanın həlak olduğu, iqtisadi ziyan dəyən bir ölkəni Xəzər dənizinin çirklənməsində ittiham edəsən? Halbuki, özləri fəlakətsiz belə, ekologiyaya ziyan verirlər. Hətta neft ləkəsinin suda yayılmasının qarşısını almaq məqsədilə BP və SOCAR məhdudlaşdırıcı qurğulardan da istifadəyə cəhd etdi, lakin dağıntı çox az olduğundan effektsiz oldu”.

İlhamə


Müəllif: