Vergilər naziri Fazil Məmmədovun 24 dekabr 2015-ci il tarixli əmri ilə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti yaradılıb.
Nazirliyin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, yeni yaradılmış strukturun ştat tərkibi Bakı Vergilər Departamentinin işçiləri hesabına formalaşdırılıb.
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini Zaur Fətizadə 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub.
Naibə QURBANOVA