20 Fevral 2016 09:47
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar ayı ərzində mədənçıxarma sənayesində istehsalın həcmi 1,3 mlrd. manat olmaqla əvvəlki ilin yanvar ayına nisbətən 3,5% azalıb.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay sahənin əsas məhsulundan biri olan xam neftin hasilatı 3,5 mln. ton təşkil edib. Xam neft hasilatı ötən ilin yanvar ayından 3,9% az olub.
Yanvar ayında 2,5 mlrd. kubmetr həcmində qaz hasil edilib ki, bu da ötən ilin analoji ayından 2,2% çoxdur.

Ötən ay hasil edilən qazın 1,6 mlrd. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Əmtəəlik təbii qaz hasilatı ötən ilin yanvar ayına nisbətən 10,5% azalıb.


Müəllif:

Oxşar xəbərlər