Gün boyu birjalarda müəyyən dalğalanmaların ardından neft bu dəqiqələrdə 36 dollar/barel səviyyəsini keçib.
Publika.az-ın məlumatına görə, əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində hazırda WTI neftinin qiyməti 1 barelə görə 0,59 dollar artaraq 33,66 dollar olub.
“Brent” markalı neftin satış qiyməti isə hal-hazırda 0,79 dollar qalxaraq 36,08 dollardır.