"Valyuta bazarında gedən proseslər üzən məzənnə sxemindədir".
Teleqraf.com-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, banklarda aparılan sorgular göstərir ki, onlar ehtiyacları olduğu qədər valyuta alırlar: "Gördüyünüz kimi, hər hansı bir başqa proses getmir. Bu gün bildiyiniz kimi, hərrac günüdür və kifayət qədər valyuta hərraca çıxarılacaq".
Elman Rüstəmov hesab edir ki, valyutanın hərraca çıxarılması ilə bazarın təlabatı ödəniləcək: "Mərkəzi Bank bazarda valyuta təchizatçısı deyil. Mərkəzi Bankın qarşısında duran vəzifə üzən məzənnə rejimində manatın məzənnəsinin düşməsinin qarşısını almaqdır".
Elman Rüstəmov Atrabank və Asiya İnkişaf Bankının Mərkəzi Bankın qərarından şikayət etməsi ilə bağlı sualı cavablandırarkən isə deyib ki, hazırda məhkəmə prosesi gedir: “Biz öz hüquqlarımızı və qəbul etdiyimiz qərarı məhkəmədə müdafiə edəcəyik”.
İlhamə