İyunun 20-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.
AZPROMO-dan Teleqraf.com-a bildiriblər ki, tədbirdə qida sənayesi, maliyyə, enerji, nəqliyyat, yüngül və ağır sənaye, ticarət, mühəndislik, səhiyyə və digər sektorları təmsil edən 70-ə yaxın Rusiya şirkəti iştirak edəcək.