"İyunda mümkün deyil, iyul çox erkəndir. FES-in növbəti faiz artımı olacaq, ancaq sentyabr üçün də bu haqda qəti söz demək çətindir".
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Janet Yellen deyib.
ABŞ Mərkəzi Bankının gələn həftə - iyunun 14-15-də keçiriləcək toplantısında FES-in faiz dərəcələrinə baxılacağı gözlənir. Faiz dərəcələri yüksələrsə, bu, dolların digər valyutalara nisbətdə möhkəmlənəcəyinə gətirib çıxaracaq.
Mahir