2 Sentyabr 2014 19:55
2 998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud ulduzlarının açıq-saçıq şəkillərinin oğurlanaraq yayılması, internetin necə təhlükəli olduğunu bir daha sübut etdi. Teleqraf.com xəbər verir ki, hakkerlərin ulduzlara aid fotoları necə əldə etməsi haqqında dəqiq məlumat yoxdur.

Fotoların ələ keçirilməsi "iPhone"nın iCloud proqramının hak edilməsi nəticəsində mümkündür. Bəzi iddialara görə “Find My iPhone” adlı proqram sayəsində hakkerlər r ulduzların fotolarını asanlıqla əldə ediblər.

Sızıntının günahkarı kimi "Google Drive" göstərilir. Mütəxəsislərin fikrincə, hakkerlər ulduzların hesabını təhlükəsizliklə bağlı göndərdikləri suallara cavab almaqla ələ keçirə biliblər.

Əgər hakkerlər ulduzların fotolarını iCloud vasitəsi ilə əldə ediblərsə, bu xidmətdən istifadə edən bütün istifadəçilərin məlumatları risk altındadır. iCloudun “My Photo Stream” adlı xidmətinə qoşulan cihazlarınız internete qoşuludursa, çəkdiyiniz fotolar avtomatik olaraq sistemə yüklənir və cihazdan silinəndə də sistemdə qalır. Mütəxəsislər istifadəçilərə bu sistemi bağlamağı tövsiyyə edir.

Kibercinayətlə üzləşməmək ümün ən yaxşı yol güclü şifrəyə sahib olmaqdır.

Fidan


Müəllif:

Oxşar xəbərlər