5 İyul 2016 14:59
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Məleykə Əsədova özünə qoyduğu qadağadan danışıb.

Teleqraf.com xəbər verir ki, Məleykə Əsədova “Hər şey daxil” verilişində bir daha sevməyəcəyini deyib: “Qəlbimi incitmək, əziyyət vermək istəmirəm. İnsan sevən zaman qəlbini incidir. Hazırda əsəblərim rahatdır. Qəlbimdə övlad sevgisi var. Hara gedirəmsə, qızımla gedirəm. Onunla bağlı böyük məsuliyyətim var. Ona görə də sevgimi kiminləsə bölmək istəmirəm. Bu dəqiqə sənətimi, torpağımı, qızımı, insanları sevirəm. Neçə ildir ki, sevməyi özümə qadağan eləmişəm”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər