Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 20-də İsmayıllı şəhərində Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qəbula gəlmək istəyən vətəndaşlar rayon mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlaya bilərlər.