Azərbaycanın xalq artisti, mərhum aktyor Yaşar Nurinin kiçik qızı Ülkər Nuriyeva Bakı restoranlarının birində PR meneceri kimi fəaliyyətə başlayıb.
Teleqraf.com Primetime.az-a istinadla bildirir ki, bu barədə mərhum aktyorun qızı özü məlumat verib:
"Bu təklifi yaxın dostlarımdan aldım. Restoran rəhbərliyi, məkanın bütün PR işlərini mənə həvalə edib. İşimdən çox məmnunam. İnşAllah gələn ayın ilk günlərində məşhurların iştirakı ilə açılış mərasimiz baş tutacaq".