Dörd il əvvəl aprel ayında ailə quran türkiyəli müğənni Demet Akalın və Okan Kurtun davam edən nümunəvi evliliyi sevənləri tərəfindən rəğbətlə qarşılanıb.
Teleqraf.com Türkiyə mediasına istinadla bildirir ki, cütlüyün xüsusilə sosial şəbəkələrdə bir-birlərinə yazdıqları sevgi dolu sözlər xoş qarşılanır. Onların Hira adında bir qızları da var.
Onlar yeni evlənəndə Demet Akalının arzuolunmaz gəlin olduğu barədə məlumatlar yayılsa da, Okan Kurt bunun yalan olduğunu söyləyirdi.
Müğənninin daha əvvəl də paylaşmış olduğu baldızıyla birgə fotosunu yenidən paylaşaraq yazdığı zarafatyana şərh bu mövzuya diqqət çəkib: “Sağdakı 18 yaşındadır, soldakı yox. Dilan Kurt, üzgünəm…”
Sevinc