Xalq artisti Flora Kərimova tanınmış aparıcı Emin Musəvinin anasının dünyasını dəyişməsindən yazıb.
Teleqraf.com xəbər verir ki, Flora Kərimova sosial şəbəkədə aparıcıya belə başsağlığı verib:
“Nə qədər böyük olursan ol, nə qədər hökmran olursan ol, Allahın qədəri dəyişilməz, Allahımın yazısı qaçılmazdır. Bu acını yaşamışam, bu yaşımda belə anasızlığın kədəri boğazımda qəhər düyünüdür. Bu itkinin böyüklüyünün fərqindəyəm deyə sizə təsəlli vermək fikrim yoxdur, çünki təsəllisi yoxdur! Allah axiərtini gözəl eləsin. Xoşbəxt ana idi ki, sizi kimi layiqli övlad böyütmüşdü. Allah rəhmət eləsin!”.
Emin Musəvinin anası iki gün əvvəl dünyasını dəyişib.
Rəqsanə