Türkiyədə baş verən son hadisələrlə bağlı film çəkiləcək.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa Pərihan Savaş “Uyanış” filmində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın obrazını canlandıracaq.
Filmdə Türkiyədə hərbi çevriliş cəhd, Adnan Menderes hakimiyyətinə qarşı hərbi çevriliş və Turqut Özalın müəmmalı ölümü ekranlaşdırılacaq.
Filmdə Adnan Menderesi aktyor Murat Cumaoğlu, Turqut Özalı aktyor Adəm Göçmən, Rəcəb Tayyib Ərdoğanı aktyor Məhəmməd Ərbək, Əminə Ərdoğanı isə aktrisa Pərihan Savaş canlandıracaq.
Ekran əsərinə büdcədən 1,5 milyon lirə ayrılıb.