21 Sentyabr 2016 19:13
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyanın başına hava gəlib. Xarici səhifələrdə, hər yerdə müharibə şəraitində ölən uşaqlardan çox, kişi kimi yaşamaq istəyən qadınların və qadın kimi yaşamaq istəyən kişilərin təəssübünü çəkən dünya ulduzlarını görürəm. “Bərabərlik” söhbətləri artıq iyrəncdir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif yazıb.

Sənətçi eynicinslilərin nikahına qarşı olduğunu bildirib: “Ona görə yox ki, kiminsə hüquqlarını danıram. Bilirsiniz ki, şou-biznes əhli olmaq mütəmadi şəkildə ən müxtəlif və "rəngbərəng" sənətçilərlə səmimi ünsiyyətdə olmaq deməkdir. İnsandılar, hər kəsin öz həyatı, öz qaydaları var. Burun soxmağa tərbiyəm yol verməz. Həm də Freddie Mercury, Oskar Uald, Çaykovski, Da Vinçi kimi dahiləri necə sevməyəsən?

Amma bu ümumdünya təbliğatı ona görə iyrəncdir ki, sanki sivil ölkədə yaşayan kişilərin rahatca kalqotka geyinmək hüquqları, acından, susuzluqdan ölən afrikalı, çirkab içində böyüyən, dilənən hindistanlı, zülmlə qırılan müsəlman körpələrin hüquqlarından üstündür. Elə bil diqqət yayındırırlar. Doğrudanmı, geylərin bərabərlik prinsipləri körpə qırğınından önəmlidir? Doğrudanmı, o göyqurşağı bayraqların təbliğatı planetin real ekoloji dərdlərindən önəmlidir? Bu nə isterikadır? Eynicinsli nikahlar ailə institutlarının təməl prinsiplərini dağıtmırmı? "Sevgi paylaşmaq" bəhanəsiylə bir uşaq 2 kişiyə "mama" və "papa" deməlidirmi?

Növbəti addım nədir? İnsest - bacı qardaşla, ana oğulla evlənəcəkmi? Zoofiliya - heyvanlarla cinsi əlaqə təbliğ olunacaqmı? Yoxsa sırada pedofiliyadır? Axı "azad seks" istəyirsinizsə, bu "azadlığı" hara qədər istəyəcəksiniz?

Hardadır dünyanı barışa, sülhə, sevgiyə səsləyən ulduzlar? Hardadır mənəviyyata işləyən kliplər? Hara baxırsan, hamı öpüşür, bədənini açır... Şüarınız "Love wins" olsa da, sizdən "sevgi" duyulmur... Çox abartdınız!

Heç kəsin orientasiyasını mühakimə etmirəm. Əsla! Mən bu təbliğatın əleyhinəyəm".


Müəllif:

Oxşar xəbərlər