Müğənni Elçin Cəfərov "Sözüm ona" adlı yeni klipini təqdim edib.
Teleqraf.com xəbər verir ki, mahnının sözləri Azər Şirinin, musiqisi Elçin Cəfərovundur.
İfaçı ekran əsərinin ərsəyə gəlməsindən danışıb: "Bir ildən çoxdur mahnı hazırdır. Sadəcə bəzi dəyişikliklər etdik, ritm və klipdə kadr dəyişikliyi oldu. Klipin ilk versiyasında mən çəkilmişdim. Klipdə oynayan aktyor və aktrisanın kadrları hazır idi. Onların obrazı daha gözəl görsəndiyinə görə ön plana çıxardıq".
Açıq-saçıq səhnələrin yer aldığı klipdən danışan müğənni bunun problem olmadığını deyib: "Burada problem görmürəm. Həyat yoldaşım normal qarşılayır. Mən sənətimi çox sevirəm. Elə etmək istəyirəm ki, evləndikdən sonra sənətindən uzaqlaşdı deməsinlər".
Klipin rejissoru Cəlal Kəngərli ekran işinin bahalı olduğunu və ifaçının yüksək məbləğ xərclədiyini vurğulayıb.
Elçin Cəfərov xalq şairi Sabir Rüstəmxanlının kürəkənidir.
Rəqsanə