Kann kinofestivalının qalibi Nuri Bilgə Ceylan yeni filmində baş rolu oynayacaq aktrisanı tapıb.
A24.az xəbər verir ki, artıq Hazar Ərgüclü Nuri Bilgə Ceylanın yeni filminin heyətinə qatılıb. 24 yaşlı Kiprli aktrisa Qızıl Palma mükafatlı usta rejissorun səkkizinci uzunmetrajlı filmində baş rolu oynayacaq.
Ceylanın bu seçiminin Ərgüclünün karyerasında önəmli rol oynayacağı gözlənilir.