Bu yaxınlarda Kösem Sultan obrazı ilə ekranlara çıxacaq məşhur türk aktrisa Nurgül Yeşilçay və Özcan Dəniz Bakıya gələcək.
Teleqraf.com xəbər verir ki, hər iki sənətçi baş rollarında çəkildikləri “İkinci şans” filminin Nizami Kino Mərkəzində keçiriləcək qala gecəsində iştirak edəcək.
Mərkəzin mətbuat əlaqələndiricisi Arzu Əhədova saytımıza açıqlamasında bildirib ki, filmin Qala Gecəsi noyabr ayının 26-da baş tutacaq: “Artıq danışıqlarımız başa çatıb, hər iki sənətçinin Bakıya gəlişi təsdiqlənib”.
Filmin rejissoru Özcan Dənizdir.
Nərmin