Dünya şöhrətrli Maykl Cekson ölümündən sonra 700 milyon dollar qazanıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, “Mişel” və “Xscape” plastinkalarından başqa müğənni yüksək gəlirli reklam müqavilələrindən bir neçə milyon dollar mənfəət əldə edib. Onun “Budur” (“This is it”) konsert-filmi 260 milyon dollar gəlir gətirib.
Müğənninin bir çox uğurlu müqavilələr bağlamış sahibkar olduğu hər kəsə məlumdur. O, 1985-ci ildə “Sony/ATV Music Publishing” mahnılarının kataloqundan 50% gəlir əldə edib.
“Def Jam Recordinqs” şirkətinin keçmiş direktoru Kevin Layls Maykl haqqında belə deyib:
“Maykl Cekson dünyagörüşlü iş adamı idi. O, daim müxtəlif müəssisələrlə iş görürdü”.