Xalq artisti Amaliya Pənahova sosial şəbəkədə maraqlı fotolar paylaşıb.
Teleqraf.com xəbər verir ki, yalnız feysbuk sosial şəbəkəsində hesabı olan aktrisanın ailəsi, övladları, nəvələri ilə çəkilmiş fotoları böyük marağa səbəb olub.
İki övladı, üç nəvəsi olan xalq artisti vaxtilə saytımıza müsahibəsində onların sənətlə məşğul olmasına qarşı çıxdığını demişdi: “Bir oğlum, bir qızım, üç nəvəm var. Övladlarımda istedad vardı, amma onları kənarlaşdırdım. Çünki çox çətin, etibarsız sənətdir. Gərək bu sənətdə özünü gündəlik təsdiqləyəsən. Tamaşaçı məndən də amansızdır.
Qızım iki universitet qurtarıb, indi özünün özəl işi var, iki övlad böyüdüb. Böyük nəvəm də iki ixtisaslıdır. Onu sənət çəkdi, foto ilə məşğuldur. Oğlum diplomatdır, onun da oğlu Amerikada universiteti bitirmək üzrədir. Kiçik nəvəmdə sənətə məhəbbət daha çoxdur. Kinoya çəkilmək istəyir, nağara, gitara çalır, mahnı oxuyur, rəqs eliyir”.
Pərvin