5 Yanvar 2017 16:50
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günay İbrahimli yeni mahnı və fotolayihəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, “Sürgün” adlı mahnının fotosessiya çəkilişləri Xızı və Bakıda baş tutub.

Günay bildirib ki, yeni mahnıya tezliklə klip çəkdirəcək: “Mahnı sevgidən bəhs edir. Musiqisi Pərviz Mahmudova, sözləri Fərdi Quliyevə, aranjemanı isə Rəşad Bağırova məxsusdur. Yaxınlarda musiqi parçasına klip çəkdirəcəyik. İnanıram ki, uğurlu olacaq. Sırf mahnı üçün fotosessiya etdirdim.

Şəkillər Xızı və Bakıda çəkilib, müəllif Ruslan Nəbiyevdir. Saçımdan tutmuş geyimimə kimi hər şeyi Anar Ağakişiyev ərsəyə gətirdi. Məni dəyişən və fərqli obraza salan odur. Bütün komandamın üzvlərinə minnətdarlığımı bildirirəm”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər