17 Yanvar 2017 14:40
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Leroy Corc karyerasını Çində davam etdirə bilər.

Qol.az-ın Hollandiya mətbuatına istinadən yaydığı xəbərə görə, superliqada yarışan “Şanxay Şenxua” 29 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Bununla əlaqədar Leroyun hazırda müqavilə ilə məxsus olduğu Türkiyənin “Göztəpə” klubuna rəsmi təklif göndərilib.

Hələlik Leroy Corcun bu təklifə münasibəti bilinmir.

Qeyd edək ki, “Şanxay Şenxua” Karlos Teves, Demba Ba, Obafemi Martins və Quarin kimi futbolçularla transfer etməklə də məşhurlaşıb.


Müəllif:

Oxşar xəbərlər