Təxminən iki ildir sevgili olan model Gigi Hadid və müğənni Zeyn Malikin münasibətlərini ciddiləşdirmək istədikləri barədə xəbərlər yayılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bir neçə dəfə küsüb barışan cütlük sevgilərini mediadan gizlətməyə çalışırlar.
Dekabrda 23 yaşlı Zeyn Gigiyə evlilik təklif etmiş, amma rədd cavabl almışdı. Hadid hələ 21 yaşlı olduğunu və özünü evliliyə hazır hiss etmədiyini bildirmişdi.
Bu hadisənin üstündən çox keçmədən Zeyn ikinci dəfə evlilik təklifi edib. İddialara görə, o, bu dəfə sevgilisinin qəlbini qazana bilib və "hə" cavabı alıb. Hətta cütlüyün öz aralarında nişanlandığı da deyilir.
Hadidin son çəkilən fotolarında barmağındakı üzüyün də Zeynin nişan xatirəsi olduğu bildirilib.