2 Fevral 2017 12:17
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər kəsin ətrafında dərdini deyəcəyi, sirrini bölüşə biləcəyi insan olmalıdır. Amma indi elə dostlar tapmaq çox çətindir. Ətrafımızda mələk üzlü şeytanlara da rast gəlmək olur”.

Teleqraf.com xəbər verir ki, bu sözləri instaqramda məşhur aparıcı Xoşqədəm Hidayətqızı rəfiqəsindən şikayətlənərkən deyib: “Ona görə də dərdinizi, sirrinizi kiməsə deyəndə öncə düşünün! Atam mənə 16 yaşımda bir məsləhət verdi. Dedi ki, qızım, çalış rəfiqən olmasın, ən yaxşı rəfiqən, dostun, anan və ailəndir. Bu günə qədər də bu məsləhəti dinləyirəm. Rəbbim sizi mələk üzlü şeytanlardan, gözdən, nəfsdən, yalançı insanlardan qorusun!”

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər