Həmin qalmaqallı şəkil tənqidlərə məruz qalıb, Şeykin fanatları tərəfindən birmənalı qarşılanmayıb. Şəkildəki naməlum xanımın pop ulduz Leydi Qaqanın olması müzakirələrə daha da artırıb.
Bir qədər sonra fotonun musiqili tamaşadan bir görüntü olduğu ortaya çıxıb. Həmin tamaşada hər iki məşhur iştirak edib və “Ulduz doğuldu” adlandırılıb. Bu, həm Qaqa, həm də Kuper üçün bir debüt olub. Belə ki, Leydinin böyük ekranda ilk baş rolu, Bredlinin isə ilk rejissor işidir.
Pop ulduzun xahişi ilə tamaşada onun həqiqi adı, yəni Stefani Cermanotta qeyd edilib.
Bundan əlavə, Qaqa həmin ekran işi üçün bir neçə mahnı yazıb.
Layihənin təqdimatı bu ilin payızında baş tutacaq. (qafqazinfo)