21 İyul 2017 18:09
1 156

İTV-nin aparıcısı Saleh Bağırov ata olub.

Teleqraf.com xəbər verir ki, bu haqda aparıcı özü məlumat yayıb. Qız atası olan Saleh İnstaqramda bu sözləri yazıb:

“21.07.2017 - həyatımın ən önəmli günlərindən biridir. Ata oldum. Anamın adını yaşatmaq həmişə arzum olub. Ömrümüzə xoş gəldin. Bu inanılmaz hissləri yaşatdığı üçün Allahıma min şükür. Allah cəmi balaları qorusun, olmayanlara qismət”.

Qeyd edək ki, Saleh yeni dünyaya gələn körpəsinin adını Nərgiz qoyub.


Müəllif: Könül