25 İyul 2017 11:45
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türkiyəli müğənni Kibariyənin dəvət olunduğu toy dünən Şəmkirdə baş tutub.

Bu barədə Teleqraf.com-a toyun aparıcısı Murad Arif danışıb:

“Toy dünən baş tutdu. Gecə saat 3-4-ə kimi davam etdi. Toyda Kibariyədən başqa mən və Brilliant Dadaşova da qonaqlar sırasında idik. Kibariyə 1 saatlıq performansla çıxış etdi. Zatən Kibariyə Azərbaycana tez-tez gəlir və bu toy onun iştirak etdiyi ilk toy deyil”.

Qeyd edək ki, toyda Rusiyanın "Kabriolet" qrupu da iştirak edib. Şəmkir rayonunun Şiştəpə kəndində biznesmen oğlunun dəbdəbəli toyundan kadrlar sosial şəbəkələrdə yayılıb.


Müəllif: Könül