“Amazon” şirkətinin təsisçisi Ceff Bezosun sərvəti 106 milyard dollara çatıb.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bununla da o, bütün zamanların ən zəngin insanına çevrilib.
Milyarderin sərvətində artım şirkət səhmlərinin bahalaşması hesabına baş verib. “Amazon” şirkətinin səhmləri 2018-ci ilin ilk günlərində 6,6 faiz dəyər qazanıb.
Ceff Bezos “Amazon” şirkətini 1994-cü ildə qurub.